Ərdoğanın yeni kitabı satışa çıxarıldı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kitabı çapdan çıxıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Hamza Dağ tvitter səhifəsində məlumat verib. Kitabın üz qabığının arxa hissəsində “Uşaqların öldüyü və öldürüldüyü bir dünyada heç kəs məsum deyil” ifadəsi əks olunub.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın yazdığı "Daha Adil Dünya Mümkündür" adlı 216 səhifəlik kitabı, 40 lirəyə (8 manat 20 qəpiyə) satışa çıxarılıb.

DİGƏR XƏBƏRLƏR

Top