Sərxoş sürücü qəza törətdi, ölən və yaralananlar var

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

BDYPİ-dən Yeniavaz.com-a daxil olan məlumatda deyilir:

"Ötən gün saat 23:00 radələrində Masallı rayon sakini 2000-ci il təvəllüdlü Bayramov Rüfət Fayıq oğlu idarə etdiyi “Mercedes-Benz 230” markalı, 44-CF-650 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarındakı divara çırpılıb.

Qəza nəticəsində R.Bayramovla yanaşı avtomobildə olan sərnişinlər - Masallı rayon sakinləri 2003-cü il təvəllüdlü Qasımov Xəlil İsaq oğlu və Ağazadə Əli Əlizamin oğlu xəstəxanaya yerləşdirilmiş, lakin Ə.Ağazadənin həyatını xilas etmək mümkün olmayıb.

Məlum olub ki, avtomobili idarə edən şəxsin sürücülük hüququ yoxdur və ilkin ehtimala görə o, hadisə vaxtı sərxoş vəziyyətdə olub.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır".


***14:44
Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi olub.

Bu barədə Yeniavaz.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 5-i saat 23 radələrində Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində Masallı rayon sakini R.Bayramov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı divara vurub. Nəticədə sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Əli Ağazadə orada ölüb.

Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top