"Taliban" qadınların etiraz aksiyası keçirməsinə icazə verəcək


Əfqanıstanda hakimiyyəti ələ alan "Taliban" hərəkatı əfqanlara qadınların iştirakı da daxil olmaqla xalq nümayişləri və etiraz aksiyaları keçirməyə icazə verəcək. 
Yeniavaz.com
“Əl Cəzirə”yə istinadla xəbər verir ki, bunu Kabildə keçirdiyi mətbuat konfransında "Taliban" sözçüsü Zabihullah Mücahid deyib.
Xatırladaq ki, 4 avqustda bir qrup qadın Kabildəki prezident sarayında etiraz aksiyası keçirmişdi. "Taliban" aksiyanı dağıtmaq üçün onlara qarşı gözyaşardıcı qazdan istifadə etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top