
İsrail həbsxanasında 6 nəfər fələstinli məhbusun tunel qazaraq qaçdığı bildirilib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri dünən gecə ölkənin şimalındakı “Gilboa” həbsxanasından 10 metr tunel qazaraq qaçan 6 fələstinlinin axtarışlarını davam etdirir. Qaçan fələstinlilərin axtarışları helikopterlər və pilotsuz uçuş aparatları vasitəsi ilə aparılır.
Qeyd edək ki, “Walla News” saytı, axtarışda olan fələstinlilərin ömürlük azadlıqdan məhrum ediləcəkləri xəbərini yayıb.