Necati Şaşmazın gizli səs yazısı yayıldı: "Təəssüflər olsun ki, seçildim" - AUDİO


"Kurtlar vadisi" serialında Polar Alemdar rolu ilə tanınan Necati Şaşmazın səs yazısı yayılıb.
Yeniavaz.com
xəbər verir ki, türkiyəli tanınmış jurnalist İsmail Saymaz tərəfindən yayımlanan səs yazısında Necati Şaşmaz özünü seçilmiş dini lider elan edir. Həmin danışığı olduğu kimi təqdim edirik:
Necati Şaşmaz: Bəlkə də peyğəmbərdən bəri min illər boyu insanlarda könül bağı ilə ruhani bir şey əmələ gəlib. Sufizdə və ya mistisizmdə, bütün dinlərdə mövcuddur. Bütün dinlərdəki təriqət əhli bunu bizə gətirdilər. Mən də bütün bu şeylərə görə seçilmişəm. Çünki, onu götürə biləcək adamam... Gələn ruhu ala biləcək və bu məlumatı verə biləcək şəxsəm. Bunu Atamla danışmalıyam.
İrfan T: Danışmaq üçün yeganə doğru adam odur.
Şaşmaz: Həyat yoldaşımla bunları danışdığım günün səhəri Mahir zəng etdi. "Maraqlı bir yuxu gördüm, sənə danışmaq istəyirəm” - dedi. "Sən çox yüksək, çox yüksək bir yerdəydin. Merac kimi bir yer idi. Bir peyğəmbərimizə çevrilirdin, bir özün olurdun" - deyə mənə yuxusunu danışdı. Təsəvvür edin Məhəmməd peyğmbərin üzü oluram. Lazım olsa, İsmail kimi təslim olacağam. “Bıçağı götür ya Dəccalsan de vur, ya da inan" - deyəcəyəm. Mən bunu edəcəyəm. Çünki getdiyim yol budur.
İrfan T: Sizi bu yolda itələyiblərmi?
Necati Şaşmaz: Həqiqətən də məni bu yola itələdilər. Təəssüf ki, seçildim.
İrfan T: Ya psixoloji problemlərin varsa? Məncə sən əvvəlcə bir psixoloqla danış.
Necati Şaşmaz: Mən insanlıq üçün ixtiralar edirəm. Bu ixtiralar dünya üçün vacib ixtiralardır.

DİGƏR XƏBƏRLƏR

Top