
Əfqanıstanda hərbi əməliyyatlar Pəncşirin ələ keçirilməsi ilə bitdi.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Taliban”ın sözçüsü Zabihullah Mücahid məlumat yayıb:
“Dünən gecədən etibarən Pəncşir tamamilə nəzarət altında alınıb. Beləliklə, Əfqanıstanda müharibə bitdi. Artıq bunun üçün heç bir bəhanə yoxdur. Ölkəmizi yenidən qurmağın vaxtıdır. Pəncşir xalqımızın bir hissəsidir, üstəlik həm mülki vətəndaşlar, həm də döyüşçülərimizdir. Əfqanıstan üçün ortaq gələcəyimizi birlikdə quracağıq”.