İki ayağını itirən qadına yerli şirkət dəstək oldu


Sosial şəbəkələrdə Göyçay rayonunun Çərəkə kənd sakini, fiziki məhdudiyyətli Bəkirova Anna Abil qızının çətinliklə təsərrüfat işləri ilə məşğul olması haqda görüntülər yayılmışdı.

Yeniavaz.com Oxu.az saytına istinadla  xəbər verir ki, o, görüntülərdə anası ilə birgə çətin şəraitdə yaşadığını və köməyə ehtiyacı olduğunu bildirmişdi. Onun dəstək çağırışına yerli şirkət də qoşuldu. İstəyinə uyğun olaraq elektronika və məişət avadanlığı ilə təmin edildi.  
Qeyd edək ki, bu yaxınlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Anna Bəkirovanı mühərrikli təkərli oturacaqla da təmin edib.

DİGƏR XƏBƏRLƏR

Top