Dövlət çevrilişi edən qiyamçılar Qvineyada komendant saatı elan etdi


Qvineyada dövlət çevrilişi edən üsyançılar bütün ölkədə komendant saatı tətbiq olunduğunu elan ediblər. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “France Presse” agentliyi məlumat yayıb. Komendant saatının, növbəti xəbərdarlığa qədər qüvvədə olacağı bildirilib. Bölgə qubernatorları və valilər hərbçilərlə əvəz ediləcək.
Qeyd edək ki, polkovnik Mamadi Dumbuyanın başçılıq etdiyi Qvineyanın elit xüsusi təyinatlı dəstəsi dünən dövlət dövlət çevrilişi edib. Əməliyyat zamanı ölkə prezidenti Alfa Konde saxlanılıb.

 

DİGƏR XƏBƏRLƏR

Top