Almaniyanın bir neçə gün əvvəl Çinə təyin etdiyi səfir dünyasını dəyişdi


Bu yaxınlarda Çinə səfir təyin olunan Almaniya kanslerinin xarici siyasət müşaviri Yan Hekker 54 yaşında vəfat edib. 
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda diplomatın ölüm səbəbləri və hadisənin detalları araşdırılır.
Qeyd edək ki, Hekker avqustun sonunda Çinə səfir təyin edilmişdi. 2017-2021-ci illərdə Merkelin xarici siyasət müşaviri olub və Ukraynadakı münaqişənin həlli üçün Normandiya formatlı danışıqlarda iştirak edib. 2015-ci ildən etibarən qaçqınların qəbulu ilə bağlı hökumətin siyasətini də koordinasiya edirdi. Üç uşağı var idi.

DİGƏR XƏBƏRLƏR

Top