Pəncşirdəki müqavimət qüvvələrinin lideri Əhməd Məsud “Taliban”a Pakistanın kömək etdiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, Məsud bu barədə öz tvitter hesabında məlumat yayıb:
“Bizimlə sadəcə ”Taliban” döyüşmür. Pakistan ordusu və İŞİD də onlara rəhbərlik edir. “Taliban” bizimlə rəqabət aparacaq qədər güclü deyil”.
Qeyd edək ki, “Taliban” qüvvələrinin Pəncşiri ələ keçirdiyi, ancaq döyüşlərin hələ də davam etdiyi bildirilir.