Taliban: “Pəncşir tamamilə ələ keçirildi”


“Taliban" hərəkatı Əfqanıstanın şimalındakı Pəncşir əyalətini tamamilə ələ keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Taliban” sözçüsü Zabihullah Mücahid məlumat verib. “Taliban”ın artıq Pəncşir valiliyinin binası üzərində bayrağının qaldırıldığı bildirilib:
"Son qala olan Pəncşir əyaləti tamamilə ələ keçirildi. Əyalətdəki üsyançıların bir qismi məğlub oldu, qalanları isə qaçdı”.
Bəzi məlumatlarda həmçinin bildirilir ki, hər iki tərəfdən bir çox yüksək rütbəli komandirlər əyalət uğrunda gedən döyüşlərdə dünyasını dəyişib. Onlar arasında Pəncşir əməliyyatından məsul olan yüksək rütbəli “Taliban” komandiri Qari Fasihuddin də var, lakin Taliban hələ bu xəbəri təsdiqləməyib.

DİGƏR XƏBƏRLƏR

Top