İngiltərə SAS komandolarının “Taliban”ın əlindən qeyri-adi formada qaçış hekayəsi - FOTO


İngiltərə SAS komandoları Əfqanıstandan niqab geyinərək qaça bilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Daily Star” məlumat yayıb. Bildirilib ki, komandolar niqab geyinərək Kabuldakı hava limanına çatmaq üçün yüzlərlə kilometr yol qət ediblər. Məlumata görə, SAS komandoları aylardır Əfqanıstanda idi və gizli kəşfiyyat missiyası yerinə yetirirdi. “Taliban”ın Kabili 15 avqustda tutması ilə onlara əməliyyatı dayandırmaları və dərhal Kabilə gəlmələri əmr edildi. Qoşunlar silah və döyüş sursatı istisna olmaqla əksər texnikalarını atıb niqaba büründülər. 20 komandodan ibarət qrup gizli bazalarından Kabilə getmək üçün taksi çağırırlar. Niqabın altında tam şəkildə örtündükdən sonra yola düşürlər.

Hər dəfə bir yolda yoxlamalar aparan “Taliban” üzvlərinə rast gəldikdə qadınların dindar olduqları və talibləri Əfqanıstana gəlmələri səbəbilə qarşılamağa getdikləri bildirilir. Yol boyu heç kəs qadınlardan niqabı çıxarmalarını istəmir. Kabilə gəldikdən sonra nəqliyyat vasitələrini tərk etmədən hava limanına mümkün qədər yaxınlaşdılar. Qapını qoruyan ABŞ hərbçilərinə özlərini göstərməzdən əvvəl daha bir neçə keçid məntəqəsindən keçməyi bacardılar. Beləcə təxliyə təyyarəsinə minərək İngiltərəyə yola düşürlər.
Qeyd edək ki, SAS komandoları İngiltərənin ən güclü xüsusi təyinatlı dəstəsi sayılır.
 

DİGƏR XƏBƏRLƏR

Top