Türkiyə və Azərbaycan “Qardaş briqada” layihəsinə başladı


“Türkiyə və Azərbaycan arasında ortaq fəaliyyət, təlim planlaşdırılması və idarəetmənin uyumlu hala gətirilməsi üçün “Qardaş briqada” layihəsi başladılıb”.

Bunu Türkiyə Milli Müdafiə Nazirliyinin (MN) rəsmisi Pınar Kara bildirib. P. Kara deyib ki, hazırda Azərbaycan Silahlı Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin müvafiq heyətlərinin birgə təlim və tədrisi davam edir: “İki dövlət, tək millət” anlayışı ilə qədərdə və sevincdə bərabər olduğumuz azərbaycanlı qardaşlarımızın haqlı davasında bundan sonra da bütün imkanlarımızla yanlarında olmağa davam edəcəyik”. (APA)

DİGƏR XƏBƏRLƏR

Top