
Mingəçevirdən olan şəhid Əli və İslam qardaşlarının anası Sevinc Əhmədova Mədəniyyət Nazirliyinə müraciət edib.
Yeniavaz.com xəbər verir ki, Sevinc Əhmədova övladlarının tikdirdikləri evi övladlarının xatirəsini əbədiləşdirən muzeyə çevirib. O indi istəyir ki, 3 otaqdan ibarət olan həyət evi dövlət qeydiyyatına alınsın və qorunsun.
Şəhid anası ən böyük arzusunun övladlarının adının daimi olaraq əbədiləşdirilməsi, onların adının küçə, məktəb və digər sosial obyektlərə verilməsi olduğunu bildirib. Onun sözlərinə görə, eyni gündə şəhid olan övladlarından heç bir nişanə qalmayıb. Oğullarının adının hər hansı bir məktəbə verilməsini istəsə də bu arzu olaraq qalıb:
“Övladlarım Vətəni həmişə uca tutublar. Onlar hər ikisidə ömrlərinin ən gözəl çağlarını, çiçəklənən vaxtlarını Vətənə, torpağa həsr elədlər”.
Esmira Hidayətova, Mingəçevir