“Taliban” bütün Pəncşiri ələ keçirdiyini, müqavimət qüvvələri isə əksini iddia edir


Pəncşirdə müqavimət qüvvələri ilə “Taliban” arasında döyüşlər davam edir.
Yeniavaz.com
xəbər verir ki, müqavimət qüvvələrinin nümayəndəsi Fahim Daşti öz tvitter hesabında verdiyi son açıqlamasında ən azı 1000 talibin pusquya düşdüyün, qaçarkən çoxunun öldürüldüyünü qeyd edib. O, “düşmən qüvvələrinin çoxu xaricilər, bir hissəsi ilə pakistanlı idi, hamısı Pəncşirdən qovuldu” deyə bildirib. Ancaq, Əfqanıstanın “Baxtar” xəbər agentliyi Rux bölgəsi və əyalətin paytaxtı Bazarak istisna olmaqla, demək olar ki, bütün Pəncşir əyalətinə nəzarətin “Taliban” tərəfindən ələ alındığını iddia edib. “Taliban”ın hazırda həmin bölgəyə girməyə çalışdığı bildirilib.

 

DİGƏR XƏBƏRLƏR

Top