İnsanların təşvişinə səbəb olan bu elanı bankın qarşısına kim vurub? - FOTO


Sosial şəbəkələrdə Ağcabədidə Azərbaycan Beynəlxalq Bankının (ABB) qarşısına vurulan elan müzakirələrə səbəb olub.

Yeniavaz.com "qafqazinfo"ya istinadla xəbər verir ki, “COVID-19 əleyhinə peyvənd olunmayan təqaüd, pensiya və ünvanlı sosial yardım alan şəxslərin vəsaiti dayandırılacaq”, - elanda qeyd olunub.

Məsələ ilə bağlı ABB-yə sorğu ünvanlanıb.

Bankdan cavab olaraq bildirilib ki, peyvəndə görə belə bir tələb yoxdur:

“Bu təşəbbüs Bank tərəfindən olmayıb. Hazırda məsələni aydınlaşdırmağa çalışırıq. Müştərilər hər zamankı qaydada xidmət və məhsullarımızdan yararlana bilərlər”.

DİGƏR XƏBƏRLƏR

Top