Yoluxanların sayı AÇIQLANDI


Azərbaycanda koronavirus infeksiyasına 3305 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 40 nəfər vəfat edib.
Bu günədək ümumilikdə 439 562 nəfərin koronavirusa yoluxması müəyyən olunub, onlardan 380 710 nəfər müalicə olunaraq sağalıb, 5 800 nəfər vəfat edib, aktiv xəstə sayı 53 052 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 172, ötən müddət ərzində isə ümumilikdə 4 535 906 test aparılıb.

DİGƏR XƏBƏRLƏR

Top