Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi, əməkdar mədəniyyət işçisi vəfat edib


Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi, əməkdar mədəniyyət işçisi vəfat edib.
Yeniavaz.com
"trend"ə istinadla xəbər verir ki, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Nairə Sadıxova dünyasını dəyişib.
Qeyd edək ki, N. Sadıxova 1964-cü il iyul ayının 21-də Bakı şəhərində anadan olub. 1986-2001-ci illərdə Mədəniyyət Nazirliyinin Respublika Elmi-Metodiki Mərkəzində redaktor, böyük elmi işçi işləyib. 2001-ci ildən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzində kiçik elmi işçi, böyük elmi işçi, baş mühafiz, elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top