Lamiyə Vəliyeva: "Özümlə fəxr edirəm"


"Çox sevinirəm ki, ikinci medalımı əldə etdim və bu, "qızıl" oldu. Özümlə fəxr edirəm. Rəqiblərim güclü idi, amma qalib gəldim".
Yeniavaz.com
xəbər verir ki, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan para-atleti Lamiyə Vəliyeva deyib.
400 metr məsafəyə qaçışda 55 saniyə nəticə ilə bütün rəqiblərini geridə qoyan idmançı Tokiodakı yarışa uzun müddət hazırlaşdığını bildirib: "Bu, hələ başlanğıcdır. Biz 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarına hazırlaşacağıq. Əminəm ki, oradada ölkəmi layiqincə təmsil edəcəyəm".
Qeyd edək ki, Lamiyə Vəliyeva daha əvvəl 100 metr məsafəyə qaçışda gümüş medala sahib çıxıb.

DİGƏR XƏBƏRLƏR

Top