"Taliban" Kabildə zəfərini qeyd etdi – 17 nəfər öldü


Sentyabrın 3-ü gecə saatlarında Əfqanıstanın paytaxtı Kabildə havaya açılan atəş nəticəsində ən az 17 nəfər ölüb, 41 nəfər yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə yerli “Tolo News” telekanalı məlumat yayıb. Bildirilib ki, yaralılar şəhər xəstəxanalarına yerləşdirilməyə davam edir. Bunlar əsasən müxtəlif dərəcəli xəsarətlər alan mülki şəxslərdir.
Mətbuat orqanı havaya “Taliban” yaraqlılarının atəş açdıqlarını bildirib. Onların Pəncşir əyalətinin tamamilə ələ keçirilməsini qeyd etdikləri vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

Top