Tanınmış rəssam Tofiq Fərəcov vəfat edib


Cənub bölgəsində tanınan istedadlı fırça ustası Tofiq İzzət oğlu Fərəcov 69 yaşında dünyasını dəyişib.

Yeniavaz.com bu barədə Trend-ə istinadən xəbər verir.
Əmək fəaliyyətinə ötən yüzilliyin 70-ci illərində mədəniyyət sferasında başlayan rəssam, bir sıra mədəniyyət ocaqlarında məsul vəzifələrdə çalışıb.

T.Fərəcovun yaradıcılığında boyakarlıq və qrafika texnikası, peyzaj, portret, natürmort və digər sənət üslubları üstünlük təşkil edib.

Rəssamın əsərləri dəfələrlə müxtəlif sərgilərdə nümayiş etdirilib.

DİGƏR XƏBƏRLƏR

Top