MDB Oyunları: Azərbaycan güləşçiləri 3-cü qızıl medalı qazandı - YENİLƏNİB

Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.

130 kq-da mübarizə aparan idmançı Belarus təmsilçisi Nikita Kovalski ilə qarşılaşıb.

Rəqibinə 4:0 hesabı ilə qazanan Məmmədov Azərbaycana 3-cü qızıl medalı qazandırıb.


***19:38
Azərbaycanın yunan-Roma güləşçisi Laçın Vəliyev Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında bürünc medal görüşünə çıxıb.

87 kq çəki dərəcəsindəki idmançı Özbəkistan təmsilçisi Şəhriyar Juraboyevlə qarşılaşıb.

Rəqibini 3:1 hesabı ilə məğlub edən Vəliyev yarışda 3-cü yeri tutub.

***19:20

Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında gümüş medal qazanıb.

72 kq-da yarışan idmançı finalda rusiyalı Dmitri Adamova 0:8 hesabı ilə uduzub.

***18:45

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.

67 kq-da mübarizə aparan Həsrət Cəfərov qızıl medal uğrunda qazaxıstanlı Qoşqar Məhəmməd ilə üz-üzə gəlib.

7:5 hesablı qələbə qazanan yığmanın bayraqdarı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

***17:30

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.

60 kq çəki dərəcəsində mübarizə aparan idmançı Nurməhəmməd Abdullayevlə (Qırğızıstan) üz-üzə gəlib.

Rəqibinə 7:1 hesabı ilə qalib gələn Məmmədli bürünc medal qazanıb.

***17:15

Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.

55 kq çəki dərəcəsində mübarizə aparan idmançı Qurban Konaliyevlə (Rusiya) üz-üzə gəlib. Rəqibinə 7:2 hesabı ilə qalib gələn Quluzadə qızıl medal qazanıb.

Bu, Azərbaycan komandasının I MDB Oyunlarında ilk medalı olub. //Report

DİGƏR XƏBƏRLƏR

Top