Lənkəranda dəhşət: Ata 9 yaşlı oğlunu öldürdü, sonra intihar etdi


Lənkəranda oğlunun boğazını kəsən ata özü də intihar edib.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, hadisə rayonun Zövlə kəndində baş verib.

Belə ki, yaxınları hadisədən bu gün xəbər tutublar. Onlar ata və oğlunun meyitlərini kəndə yaxın ərazidə - Ulum çayından tapıblar.

İlkin məlumatlara görə, 1979-cu il təvəllüdlü Şaiq Həzi oğlu Məmmədov 9 yaşlı oğlu Vahid Məmmədovun boğazını kəsib, daha sonra özü də arteriyal qan damarını kəsərək intihar edib və meyiti çaya düşüb.

Yaxınları bildirib ki, Ş.Məmmədov məhkumluq həyatı yaşayıb. Ailəsi ilə boşanıb. Oğlu da anası ilə yaşayıb. Bir müddət əvvəl oğlu V.Məmmədov atasının yanına qayıdıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top