Əhməd Məsudun dəstəsi "Taliban"ı bu bölgələrdə məğlub etdi - KİV


Əfqanıstanda “Taliban”la Pəncşir müqavimət qüvvələri arasında gərgin döyüşlər gedir.
Yeniavaz.com
xəbər verir ki, Pənşir yaxınlığında “Taliban”silahlıları müqavimət qüvvələri tərəfindən bəzi bölgələrdə məğlub edilib. Bu barədə “TASS”a bölgədəki Milli Müqavimət Cəbhəsinə yaxın mənbə məlumat verib: "Axşam və gecə saatlarında Taliban qərbdən Andarab Vadisi və Pule-Hisar bölgəsindən keçərək Pəncşir bölgəsinə girməyə çalışdı. Ancaq silahlılar böyük itki verərək geri çəkilmək məcburiyyətində qaldı".
Müqavimət qüvvələrinin 31 döyüşçüsünü itirdiyi ilə bağıı məlumatlar isə təkzib edilir.

DİGƏR XƏBƏRLƏR

Top