Azərbaycan 12-ci, Roman Saley 3-cü qızıl medalı qazandı


Azərbaycan para-üzgüçüsü Roman Saley Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti qızıl medalını qazanıb.

Yeniavaz.com xəbər verir ki, o, 100 metr məsafəyə batterflay üsulu ilə üzmədə 57.81 saniyəlik göstərərək, bütün rəqiblərini qabaqlayıb.

Qeyd edək ki, bu, Azərbaycanın paralimpiadada 12-ci, Saleyin isə 3-cü qızıl medalı olub. O, daha əvvəl 100 metr məsafəyə sərbəst üsulla və 100 metr məsafəyə arxası üstə üzmədə birinci yeri tutub.

DİGƏR XƏBƏRLƏR

Top