
Bu ilin ilk yarısında Azərbaycanda adambaşına düşən orta aylıq gəlir 287 manat 61 qəpik olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, əhalinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 46 qəpik azalıb. Belə ki, 2020-ci ilin ilk yarısında adambaşına düşən orta aylıq gəlir 288 manat 7 qəpik olub.
Pensiyalardan əldə olunan gəlirlər istisna olmaqla, digər sahələrdən əldə olunan gəlirlər azalıb.
Ən çox gəlir Bakıda, ən az gəlir isə Lənkəranda qeydə alınıb. Bakıda adambaşına düşən orta aylıq gəlir 321 manat 50 qəpik, Lənkəranda isə 277 manat olub.