Eldar Həsənovun məhkəməsi başladı - FOTOLAR


Bu gün sabiq səfir, həbsdə olan Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.
Əvvəlcə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra vəkillər zalın dəyişdirilməsi, prosesin daha böyük zalda keçirilməsini istəyiblər. Eldar Həsənov vəsatətə etiraz etməyib.
Vəsatətə növbəti iclasda baxılması qərara alınıb.
Vəkillər Eldar Həsənovun şüşə qəfəsdən çıxarılaraq zalda oturması barədə də vəsatət verib. Dövlət ittihamçısı vəsatətə etiraz etməyərək bunu məhkəmənin qərarına buraxıb, lakin məhkəmə hazırkı prosesdə vəsatəti təmin etməyib.
Prosesin davamında təqsirləndirilən şəxsin vəkili Cəlil Mirzəyev bildirib ki, müdafiə etdiyi şəxsin istintaq zamanı hüquqları pozulub, ittiham aktı prosessual tələblərə uyğun tərtib edilməyib, tanış etmə hüququ pozulub. O, işin yenidən istintaqa qaytarılmasını və məhkəmə işinə xitam verilməsini, baxış iclasının keçirilməməsini xahiş edib.

DİGƏR XƏBƏRLƏR

Top