"Sentyabrın birinci ongünlüyündə sərin hava üstünlük təşkil edəcək"


"Bu ilin avqust ayında 2010-cu ildən sonra ikinci ən uzun müddətli isti hava dalğası qeydə alındı. Ay ərzində havanın temperaturu iqlim normasından 5 dərəcə yüksək oldu. Zəif cənub-şərq və qızmar cənub küləkləri üstünlük təşkil edirdi. Hava daha çox Abşeron yarımadasında bürkü idi".

Bu fikirləri Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, nəhayət, sentyabrın 2-si axşama doğru ölkə ərazisinə azor antisiklonunun daxil olması nəticəsində hava şəraiti dəyişdi: "Xəzri əsdi. Bununla da havanın temperaturu aşağı endi. Respublikanın bir sıra rayonlarında güclü külək qeydə alındı. Küləyin maksimal sürəti Tovuzda 30 m/s, Tərtər, Naftalan, Gəncədə 28 m/s, Bakıda və Abşeron yarımadasında isə 24 m/s-ə çatdı. Bu gün gündüz saatlarında külək mülayimləşəcək. Lakin axşama doğru Bakıda və Abşeron yarımadasında yenidən küləyin 25-30 m/s-ə qədər güclənəcəyi proqnozlaşdırılır. Gecə saatlarında güclü külək davam etsə də, ayın 4-də səhər külək mülayimləşəcək. Sentyabrın birinci ongünlüyündə daha çox sərin hava üstünlük təşkil edəcək. Çünki artıq 6-sı axşam saatlarından başlayaraq birinci ongünlüyün sonuna kimi arabir güclənən şimal küləyinin üstünlüyü gözlənilir. Havanın temperaturu paytaxtda 28-30-31 dərəcədən yüksək olmayacaq". //Report

DİGƏR XƏBƏRLƏR

Top