“Taliban” əsas tərəfdaşlıq edəcəkləri ölkənin adını açıqladı


“Taliban” sözçüsü Zabiullah Mücahid əlaqə quracaqları əsas ölkə barədə danışıb.
Yeniavaz.com
“İnterfax”a istinadla xəbər verir ki, Mücahid əsas xarici tərəfdaş ölkə kimi Çini gördüklərini bildirib. Onun sözlərinə görə, Çin Xalq Respublikası müharibədən sonra Əfqanıstanın yenidən qurulmasında kömək edəcək: “Çin bizim üçün əsas və müstəsna bir fürsətdir, çünki ölkəmizə sərmayə qoymaq istəyir. Çin “Taliban”ın əlaqə quracağı əsas xarici tərəfdaş ölkədir".
Xatırladaq ki, "Taliban" avqusun 15-də Kabili silahsız ələ keçirərək Əfqanıstanda hakimiyyəti ələ alıb.

DİGƏR XƏBƏRLƏR

Top