“Maşa və Ayı”nın Azərbaycanla bağlı epizodu “youtube”dan silindi


Rusiyada hazırlanan “Maşa və Ayı” cizgi filminin Azərbaycandan bəhs edən seriası rəsmi “youtube” səhifələrindən silinib.
Yeniavaz.com
xəbər verir ki, bunun Rusiyada fəaliyyət göstərən erməni diasporu və Ermənistan vətəndaşlarının şikayətləri əsasında həyata keçirildiyi bildirilir.
Qeyd edək ki, avqustun əvvəlində “Maşa və Ayı” cizgi filmində Azərbaycanla bağlı bölümə yer verilmişdi. Orada Azərbaycan milli mətbəxinə aid olan olan paxlava, şəkərbura, dolma göstərilmiş, o cümlədən məşhur “Cücələrim” mahnısı da səsləndirilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top