Yaponiyanın baş naziri istefa verir


Yaponiya Baş naziri Yoşihide Suqa növbəti seçkilərə partiya lideri olaraq qatılmayacağını açıqlayıb.
Yeniavaz.com “euronews”a istinadla xəbər verir ki, Suqa son bir ildə liderlik etdiyi hakim Liberal Demokrat Partiyasının sentyabrın sonunda keçiriləcək liderlik seçkilərinə qatılmayacağını elan edib.
Kyodo agentliyi, Suganın bu açıqlamasının vəzifədən istefa sayıldığını bildirib.
Xatırladaq ki, Yoşihide Suqa ötən il sentyabr ayında Yaponiyanın baş naziri seçilib. Bəzi anketlərə görə, onun liderlik etdiyi partiyaya dəstək verənlər ciddi sayda azalıb.

DİGƏR XƏBƏRLƏR

Top