Xəzərdə dalğanın hündürlüyü 3.6 metrə çatıb - FAKTİKİ HAVA


Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, sentyabrın 3-ü saat 10.00 -a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçmiş, Qusarda isə 0.3 mm yağış yağıb, bəzi rayonlarda şimal-qərb küləyi güclənmişdir.
Küləyin maksimal sürəti Tovuzda 30 m/s, Tərtər, Naftalan, Gəncədə 28 m/s, Bərdədə 26 m/s, Zərdab, Ağdam, Mingəçevirdə 24 m/s, Şərur, Ağstafada 20 m/s, Xaçmaz, Ceyrançöldə 18 m/s, Kəlvəz, Yevlax, Xınalıqda 16 m/s, Şəmkirdə 15 m/s təşkil edib.
Bakıda və Abşeron yarımadasında : Bakıda arabir 23 m/s, Neft Daşlarında 24 m/s, Pirallahı, Qum adası, Çilov adasında 20 m/s, Maştağada 19 m/s, Sumqayıt, Binə 18 m/s -dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.6 metrə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top