Bakıda polis dənizdə batan şəxsi xilas edərkən boğularaq ölüb - FOTO


Boğulmaq təhlükəsi ilə üzləşən şəxsi xilas etməyə çalışan gənc polis əməkdaşı həyatını itirib.

Bu barədə Yeniavaz.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Əlahiddə Çevik Polis Alayının polis nəfəri, 21 yaşlı İbrahim Əlosmanov dünən saat 18 radələrində Xəzər rayonundakı “Mayak” çimərliyində bir nəfərin suda boğulduğunu görüb və onu xilas etmək üçün dərhal özünü dənizə atıb:
"Lakin dərinlik və yüksək dalğalar ona mane olub. Polis əməkdaşı həyatını xilas etməyə çalışdığı 45 yaşlı Rövşən Qasımovla birlikdə öz həyatını itirib.
Fədakar polis əməkdaşının ailəsinə dərin hüznlə baş sağlığı veririk. Allah rəhmət eləsin!"

DİGƏR XƏBƏRLƏR

Top