Gəncə şəhərində ər hamilə arvadını döyərək xəsarət yetirib.
Bu haqda Yeniavaz.com-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib. Gəncə şəhər sakini 1999-cu il təvəllüdlü T. Məmişovanın həyat yoldaşı, Gəncə şəhər sakini, 1992 İsgəndərov Murazın döyməsi nəticəsində çoxsaylı bədən xəsarətlərindən hamiləliyin pozulması diaqnozu ilə xəstəxanaya yerləşdiriliməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə (RPİ) məlumat daxil olub. Müraciətlə əlaqədar polis əməkdaşları dərhal müvafiq tədbirlər həyata keçirib, hadisəni törətməkdə şübhəli bilinən M. İsgəndərov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.