Dağıstanda zəlzələ baş verib.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, bölgənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, zəlzə 5,1 bal gücündə qeydə alınıb. Ölənlər və dağıntılar barədə məlumat daxil olmayıb. Zəlzələlər Axvaxski, Botlixski, Untsukulski rayonlarında hiss edilib.