Ağstafada iki azyaşlını maşın vurdu, onlardan biri dünyasını dəyişdi


Ağstafada piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Aşağı Kəsəmən kəndində qeydə alınıb.

Hərəkətdə olan yük maşını iki azyaşlını vurub. 10 yaşlı Məmmədova Nuray Abdulnasir qızı hadisə yerində ölüb, 5 yaşlı Hüseynova Aysel Elmir qızı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

DİGƏR XƏBƏRLƏR

Top