“TurAz Şahini-2021” təlimləri ilə bağlı Türkiyə MN-nin MƏLUMATI


Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan Hərbi Hava Qüvvələrinin iştirakı ilə Konya şəhərində keçiriləcək “TurAz Şahini-2021” birgə taktiki-uçuş təlimləri ilə bağlı məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, “TurAz Şahini-2021” təlimlərində iştirak edəcək Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 ədəd MiQ-29, 2 ədəd Su-25 döyüş təyyarəsi və 78 nəfərlik heyəti artıq Türkiyədədir.

“Qardaşlarımıza xoş gəldiniz deyirik”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə Konya şəhərində “TurAz Şahini-2021” birgə taktiki-uçuş təlimləri sentyabrın 6-dan 17-dək davam edəcək. (APA)

DİGƏR XƏBƏRLƏR

Top