“Əl-Qaidə” terror təşkilatı “Taliban”la birləşir - İDDİA


Pəncşirdəki müqavimət qüvvələri, “Əl-Qaidə” terror təşkilatının “Taliban”la birləşdiyini iddia ediblər.
Yeniavaz.com
“Haberler.com”a istinadən xəbər verir ki, ABŞ Əfqanıstandan tamamilə çıxdıqdan sonra, “Taliban” diqqəti nəzarət edə bilmədiyi yeganə bölgə olan Pəncşirə çevirib. Pəncşir müqavimət qüvvələri isə  “Əl-Qaidə” terror təşkilatının “Taliban”la birləşdiyini iddia ediblər.
Xatırladaq ki, Pəncşir “Taliban”a tabe olmayan yeganə bölgədir.
Qeyd edək ki, hazırda Pəcşirdəki müqavimət qüvvələri ilə “Taliban” arasında qarşıdurma davam edir. Hər iki tərəfdən ölən və yaralananların olduğu bildirilir.

 

DİGƏR XƏBƏRLƏR

Top