Mənzildə baş vermiş partlayışda xəsarət alan ana və övladının vəziyyəti açıqlandı - YENİLƏNİB

“Bakı şəhərinin Nizamı rayonunda baş verən partlayış zamanı ana və övladının bədəninin 60 faizi yanıb”. 

Yeniavaz.com xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq şəhər 5 saylı Kliniki Xəstəxanasından (Nərimanov Tibb Mərkəzi) bildirilib. 

“Partlama nəticəsində ana - Məmmədzadə Samirə Həsən qızı və övladı 2-ci dərəcəli yanıq diaqnozu (60 %) ilə xəstəxanaya yerləşdirilib. Mümkün bütün tədbirlər həyata keçirilir”.


***16:27
Bakıda partlayış hadisəsi baş verib.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu E.Süleymanov küçəsində qeydə alınıb.

Belə ki, çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərin birində qaz balonu partlayıb. Nəticədə ana və övladı xəsarət alıb.

İlkin məlumata görə, yaralılar xəstəxanaya yerləşdirilib.

Nizami Rayon Prokurorluğundan bildirilib ki, Nizami rayonu ərazisində çoxmərtəbəli binada baş verən partlayış nəticəsində iki nəfər şəxs xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hazırda araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top