Suriyalı miqrantların simvoluna çevrilən Aylanın ölümündən 6 il ötür - FOTO


Sahildə tapılan cansız bədəni ilə dünyanı dərindən sarsıdan körpə Aylanın ölümündən 6 il keçir.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, 2 sentyabr 2015-ci ildə, normal həyat ümidi ilə Suriyadakı müharibədən, Yunanıstana qaçarkən qayığın batması nəticəsində 3 yaşlı körpə Aylan həyatını itirmişdi. Hər il Muğlanın Bodrum sahilində körpənin anım mərasimi keçirilir.
Qeyd edək ki, rejissor Ömər Sarıkaya bəhs edilən hadisəni əks etdirən "Aylan Baby" filmini çəkib.


 

DİGƏR XƏBƏRLƏR

Top