Əhməd Məsudun dəstəsi: "350 "Taliban" üzvü zərərsizləşdirildi, 35 əsir götürmüşük"


Pəncşir müqavimət hərəkatı “Taliban”la müharibə barədə açıqlama yayıb.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, olmayan Pəncşir əyalətindəki müqavimət qüvvələrinin nümayəndəsi Fahim Daşti “Taliban”ın sülh istəmədiyini bildirib: “Əfqanıstandakı müqavimət qüvvələri sülh yolu ilə danışıqlar aparmaq istəyinə sadiqdirlər, lakin “Taliban” müharibə başlatmaq üçün hazırlanıb. Müqavimət qüvvələri bu cür vəziyyətlərə hazır idi. Qarşıdurmalar iki cəbhədə, Bağlan əyalətindəki Andarab Vadisində və Əfqanıstanın şimalındakı Pəncşirdən Bağlana gedən Havak dağ keçidində davam edir. “Taliban” bu bölgələrdə məğlub oldu, təxminən 350 adamları öldürüldü, 280-dən çox yaralıları var, 35 əsir götürmüşük”.

DİGƏR XƏBƏRLƏR

Top