Vəkil Rövşən Əkbərovun oğlu ilə bağlı polisə müraciət etdi


Vəkillər Kollegiyasının üzvü Elçin Sadıqov Rövşən Əkbərovun oğlunun ona məhkəmənin inzibati binasında hücum etməsi ilə bağlı polis şöbəsində izahat verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, feysbukda bildirib:
“Bu gün Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsində izahat verdim. Ümid edirəm ki, Rövşən Əkbərovun oğlunun mənə öz vəzifələrimi icra etməyimlə əlaqədar, heç bir səbəb olmadan hücum etməsi araşdırılacaq və məsuliyyətə cəlb edilərək cəzalandırılacaq”.
Qeyd edək ki, sentyabrın 1-də Bakı Hərbi Məhkəməsində keçirilən növbəti məhkəmə iclasından çıxdıqdan sonra R.Əkbərovun oğlu E.Sadıqova hücum edib. Bu barədə vəkilin özü sosial şəbəkə hesabında bildirib.

DİGƏR XƏBƏRLƏR

Top