"Taliban" Pəncşirə kütləvi zərbələr endirir – KİV


"Taliban" hərəkatının silahlı birləşmələri Əfqanıstanın şimalındakı Pəncşir Milli Müqavimət Qüvvələrinə kütləvi zərbələr endirir. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Əfqanıstanın “Baxtar” xəbər agentliyi məlumat yayıb. Əməliyyat zamanı iki səhra komandiri də daxil olmaqla doqquz silahlının öldürüldüyü və xeyli sayda silah-sursatın ələ keçirildiyi bildirilib. 
Xatırladaq ki, son 24 saat ərzində "Taliban" Pəncşirə bir neçə hücum həyata keçirib, lakin uğur əldə olunmayıb. Bəzi mənbələrə görə, hücumlarda ən az 40 "Taliban" üzvü öldürülüb, 35-i isə yaralanıb. 
Qeyd edək ki, Pəncşirdəki müqavimət qüvvələrinə 32 yaşlı Əhməd Məsud başçılıq edir.

DİGƏR XƏBƏRLƏR

Top