Mingəçevirdə avtomobil qəzası olub


Mingəçevirdə zəncirvari avtomobil qəzası olub.

Yeniavaz.com xəbər verir ki, bu gün səhər saatlarında şəhərin M. Maqomayev küçəsindəki yol kəsişməsində nəqliyyat hadisəsi baş verib.  Qəza “Vaz 21011”, “Mercedes” və “Daewoo” markalı minik maşınlarının iştirakı ilə olub. Hadisə nəticəsində “VAZ”da olan 1984-cü il təvəllüdlü sərnişin Sədaqət Qasımova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top