Bıçaqladığı şəxsi xəstəxanaya apararkən qəza törətdi, yaralı öldü - FOTOLAR


Göygöl rayonunda ölümlə nəticələn yol qəzası baş verib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, qəza rayonun Çaylı kəndində qeydə alınıb.
1990-cı il təvəllüdlü Ayxan Hüseynli tanışı 1980-ci il təvəllüdlü Hüseyn Əsgərov tərəfindən bıçaqlanıb.
H.Əsgərov A.Hüseynovu öz avtomobili ilə xəstəxanaya aparmağa qərar verib. Hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb və nəticədə bıçaqlanan şəxs dünyasını dəyişib.
H.Əsgərov polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top