“Ümid” partiyasının sədr müavininin itkin düşən qızı və qardaşı oğlu tapılıb - YENİLƏNİB


“Ümid” partiyasının sədr müavini Tamilla Qulaminin itkin düşən qızı və qardaşı oğlu tapılıb.

Bu barədə T.Qulami bildirib.

Sədr müavininin sürücüsü zəng edərək uşaqların tapıldığını deyib və hazırda onları götürməyə gedirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, 15 yaşlı Aişə Məmmədli və 12 yaşlı Famil Qulaminin yeri müəyyən olunub və ailələrinə təhvil veriləcək.

Ehsan Zahidov qeyd edib ki, polis partiya mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara eyni münasibətdədir: "Uşaqların yoxa çıxması ilə bağlı polisə məlumat daxil olan kimi onların tapılması istiqamətində axtarış tədbirləri başlayıb. Tez bir zamanda uşaqların yeri müəyyənləşdirilib".

***20:14

"Ümid" partiyasının sədr müavini Tamilla Qulaminin qızı və qardaşı oğlu itkin düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə APA-ya Tamilla Qulami özü məlumat verib.
Bildirib ki, onun 15 yaşlı qızı və 12 yaşlı qardaşı oğlu bu gün saat 14:00 radələrində Elmlər Akademiyası yaxınlığında yerləşən ünvandakı evdən çıxıb və geri qayıtmayıblar.
Sözügedən şəxsləri görənlərdən yaxınlıqdaki polis bölməsinə xəbər vermələri, yaxud 055 321 02 04 nömrəsinə zəng etmələri xahiş olunur.
Qeyd edək ki, hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət olunub.

DİGƏR XƏBƏRLƏR

Top