Azərbaycanda vurulan vaksinin sayı 7 milyona çatır


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 105 699 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 65 968, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 731 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 6 911 439, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 179 684, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 731 755 təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top