"Taliban" Pəncşirin bu bölgəsini ələ keçirdiyini açıqladı


“Taliban” hərəkatı Əfqanıstanın şimalındakı Pəncşir əyalətindəki müqavimət qüvvələrindən daha bir bölgəni geri aldığını açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Əfqanıstanın "Bəxtər" agentliyi məlumat yayıb. Ələ keçirilən bölgənin Şutul rayonu olduğu bildirilib. Agentlik 10 müqavimət döyüşçüsünün öldüyünü və bir neçə nəfərin yaralandığını deyib. Bundan başqa "Taliban"ın iki tank, bir zirehli maşın və döyüş sursatı ələ keçirdiyi vurğulanıb.
Qeyd edək ki, dünən gecə saatlarında “Taliban” Pəncşirin 3 rayonunu ələ keçirdiyini açıqlamışdı. Müqavimət qüvvələri isə xəbəri təkzib etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top