Azərbaycanda oğul atasını baltayla öldürdü


2021-ci il iyunun 9-da Quba rayonu Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi faktı əsasında rayon prokurorluğunda istintaq aparılıb.
Yeniavaz.com
xəbər verir ki, Quba Rayon Prokurorluğunda aparılan istintaqla müəyyən edilib ki, zərərçəkmişin oğlu Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı balta ilə Sadıq Ramazanovun sinə və baş nahiyəsinə xəsarətlər yetirərək sonuncunu qəsdən öldürüb.
Rəvan Ramazanov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Quba Rayon Məhkəməsinə göndərilib.

DİGƏR XƏBƏRLƏR

Top