Londondan ev alan azərbaycanlıların sayı yenidən artmağa başladı


Son vaxtlar Böyük Britaniyada ən çox ev alanlar içərisində Azərbaycan vətəndaşları da var.
Yeniavaz.com
xəbər verir ki, “estateagenttoday.co.uk” saytı məlumat yayıb. İngiltərədə daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan "Eccord" agentliyinin direktoru Co Ekles, hazırda 2,5 milyondan (5 milyon 847 min 638 manat) 10 milyon funt sterlinqə (23 milyon 390 min 555 manat) qədər qiymətlərdə olan evlərlə maraqlananlar arasında İsrail, Azərbaycan, Avstraliya və ABŞ-dan olan müştərilərin olduğunu bildirib. 
Direktorun sözlərinə görə, ümumilikdə son bir neçə ayda Londonda evlərin qiyməti artıb. Hazırda qiymətlərin artmaması üçün müxtəlif tədbirlərin görüldüyü bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top